Xəbər lenti
29-09-2025, 19:37
 

Azər Qocayev Milli Qəhrəman Hökümə Əliyevanın ailəsini ziyarət edib Fotolar

Tarix: 07-10-2025 15:15     Baxış: 420

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev təyyarə qəzası zamanı həlak olan bələdçi Hökümə Əliyevanın ailəsini ziyarət edib. 

Mubarizciler.az xəbər verir ki, Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları,  Kəlbəcər rayon prokuroru İlkin İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov  iştirak edib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Milli Qəhrəman Hökümə Əliyevanın ailə üzvləri ilə görüşüb, Hökümə Əliyevanın qorxmazlığında, ölümlə üz-üzə olduğu halda vəzifəsini ləyaqətlə, mərdliklə yerinə yetirməyindən söz açaraq, Milli Qəhrəmanımıza Allahdan rəhmət diləyib. Milli Qəhrəman Hökümə Əliyevanın şəxsi əşyalarına baxış keçirilib, onun fəaliyyətinə bir daha nəzər salınıb. Hökümə Əliyevanın ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər. Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviçə (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ekipajın sağ qalan üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Hökumə Əliyeva və digər həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar