Xəbər lenti

Qusarda gənclərin DİO-da xidmətə və təhsilə təşviq edilməsi ilə bağlı görüş keçirilib Foto

Tarix: 06-10-2025 15:45     Baxış: 742

Qusar Rayon Polis Şöbəsində IX-XI sinif şagirdləri ilə "Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi" məqsədi ilə görüş keçirilib.

Mubarizciler.az   DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, Polis Akademiyasının əməkdaşı polis polkovnik-leytenantı Eldəniz Kazımov və RPŞ-nin digər əməkdaşları, həmçinin müəllim və valideynlər iştirak ediblər.  Tədbirdə çıxış edən polis rəisi A.Əfəndiyev daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyası ilə bağlı ətraflı məlumatlar verib. Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb. Daha sonra çıxış edən E.Kazımov şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri, üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib. Görüşün sonunda dinləyicilərin sualları cavablandırılıb, eləcə də Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən video çarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar