Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyda “5 oktyabr–müəllimlərin peşə bayramı günü” qeyd edildi Fotolar

Tarix: 03-10-2025 17:40     Baxış: 1 897

Goranboyda “5 oktyabr–müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə, “5 oktyabr-müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun məsul şəxsləri, təhsildə fərqlənən  bir qrup müəllimlər, Şəhid anaları və Qazilər iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksində davam etdirildi. Tədbirdə çıxışı zamanı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə, Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi ilə bağlı genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edən icra başçısı Məhərrəm Quliyev, son illərdə rayonumuzda   41 məktəb binasının  yenidən tikildiyini və ya əsaslı təmir edildiyini vurğuladı. Tədbirdə,  təhsildə fərqlənən bir qrup müəllimlərə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar