Xəbər lenti

Şirvanda Polisin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 03-10-2025 17:28     Baxış: 1 393

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 13 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirən polis rəisi, gənc nəslin sağlam böyüməsinin, valideynlərinin etimadını doğrultmasının və Vətənə layiqli övlad kimi yetişməsinin önəmindən danışıb. Daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verən S.Əfəndiyev, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə çıxış edib. Görüşün sonunda şagirdləri və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar