Xəbər lenti

Prokurorluq əməkdaşları ağacəkmə kampaniyası keçirib Fotolar

Tarix: 30-09-2025 14:29     Baxış: 1 001

 Milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 30-da Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də könüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1500-dən çox zeytun və eldar şamı ağacları əkilib.

Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar