Xəbər lenti

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib Fotolar + Yenilənib

Tarix: 24-09-2025 23:44     Baxış: 693

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaynaq kəndində Vətən müharibəsinin mülki şəhidi Məmmədov Həsən Asif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və akademik Vaqif Abbasov da iştirak ediblər.

Görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb.

Şəhidimizin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mülki şəhid Həsən Məmmədov 1981-ci ilin fevralın 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar