Xəbər lenti

Ağstafada “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib Fotolar

Tarix: 24-09-2025 22:38     Baxış: 847

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Mubarizciler.az xəbər verir ki, Tədbir iştirakçıları əvvəlcə Mərkəzin önündə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Görüşdə açılış nitqi ilə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib. Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim edib. Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra xidmətlərin rəqəmsallaşması barədə də geniş məlumat çatdırıb. Daha sonra SHXÇDX-nın Ağstafa rayon şöbəsinin rəisi polkovnik Emin Bağırov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərindən şəhd atası İlqar Quliyev, eləcə də 44 günlük Vətən müaribəsi qazisi Kamil Hüseynov da çıxış edərək öz təəssüratları ilə bölüşüblər. 

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar