Xəbər lenti

Vüqar Novruzov şəhid ailəsini ziyarət edib Foto

Tarix: 24-09-2025 22:33     Baxış: 903

Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub.

Mubarizciler.az xəbər verir ki, 27 sentyabr – Anım Günü ərəfəsində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin olunması, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Adıgözəlov Fərid İlqar oğlunun ailəsini ziyarət ediblər. 

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasəti və rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər milyonlarla həmvətənimiz üçün böyük qürur və iftixar mənbəyinə çevrilib. Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri şəhid ailələrinə eləcə onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. 

Vətən Müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar