Xəbər lenti

Goranboyda İcra Başçısı pambıq sahələrində yığıma hazırlığın vəziyyəti ilə maraqlandı Fotolar

Tarix: 23-09-2025 21:08     Baxış: 2 492

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə, Qızılhacılı  qəsəbəsi  və Yeni Yol kəndi ərazisində becərilən pambıq sahələrində oldu, burada pambığın yığıma hazırlıq vəziyyəti, bu sahədə   görülən işlərlə yerində maraqlandı, bununla bağlı tapşırıq və tövsiyələrini bildirdi.

Mubarizciler.az xəbər verir ki, Goranboyda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “Azərpambıq” MMC, “Prime Cotton” MMC, “Goran-Cotton” MMC və "Azərşəkər" MMC  fəaliyyət göstərir. Cari ilin məhsulu üçün, 1983,3 hektar sahədə pambıq becərilmişdir. Hazırda mövsümi pambıq yığımına  hazırlıq işləri aparılır. Bu məqsədlə, laboratoriyaların və texnikaların pambıq yığımı dövrünə hazırlıq vəziyyəti ilə bağlı rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxslərinin iştiakı ilə tədarükçü müəssisələrə yerində baxış keçirilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar