Xəbər lenti

İcra başçısı şəhid Bəhruz Quliyevin ailəsini ziyarət edib Fotolar

Tarix: 23-09-2025 21:03     Baxış: 833

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər məsul şəxslər 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Bəhruz Quliyevin ailəsini ziyarət ediblər. 

Mubarizciler.az xəbər verir ki, ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı dövlətimiz tərəfindən şəhidlərimizin qəhrəmanlıqlarının yüksək qiymətləndirildiyini, xatirələrinin uca tutulduğunu qeyd edib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi və diplomatik səyləri, rəşadətli ordumuzun və xalqımızın birliyi sayəsində qazanılan Tarixi Zəfərdən danışıb, şəhidlərimizin xatirəsinə ehtiramını bildirib, əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırıb. Qonaqlar Azərbaycan-Türkiyə dostluğundan qardaşlığından, bəhs edərək Azərbaycanın qəhrəman şəhidlərinin fədakarlığının, sülhün əbədi təminatı kimi dünya yaddaşında yaşayacağını vurğulayıblar. Görüşdə şəhidin valideynləri övladlarının döyüş yolundan bəhs edərək, ölkə rəhbərliyinə onlara göstərilən hərtərəfli yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Bəhruz Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar