Asim Rüstəm: “Qələbənin təqvimi. 27 sentyabr”

27 SENTYABR! Səbri tükənmiş xalq, artıq heç bir siyasi və bəzədilmiş, yuvadılan sözlərə əhəmiyyət verməyən hökumət müharibənin qaçınılmaz olacağını bilirdi. İnanc olduğu yerdə ümid qığılcımı hər zaman közərər. O qığılcım artıq böyük bir alova dönmüşdü. Çünki, Vətən həsrəti xalqımız üçün böyük bir özləmin göstəricisi idi. Nəhayət ki, 27 sentyabrdan başlayan bir tarix dastanı yazılmağa başladı. Bu tarix o tarixlərə bənzəmirdi. Bu tarixin hər sətrində, hər anında şəhid qanı, vətən sevgisi, güclü lider siysəti dayanırdı. 27 sentyabrdan başlanan o gün Azərbaycan tarixinə otuz ildən sonra “Qarabağlı günlər” kimi həkk olunmağa başladı. Hər gün yeni-yeni işğaldan azad olunmuş torpaqlarımızın şad xəbərini eşidirdik.Bu savaş tək cəbhədə deyil, siyasət meydanında da 44 gün davam etdi. Cəbhədə igid, qorxmaz hərbçilərimiz, siyasət meydnında isə ölkə rəhbərliyi öz mübarizəsini durmadan davam etdirirdi. Tarixi haqq öz yerini 30 ildən sonra tapdı. Amma bu haqqı biz özümüz bərpa etdik. Şəhidlərimizin, qazilərimizin sayəsində biz özümüzə aid olan haqqımızı təmin etdik və öz sözümüzü, gücümüzü dünyaya bəyan etdik. 44 gün – Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq bir il ötür… Çox tez keçdi iki il, lakin 44 gün bitmək bilmirdi, sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti 44 gün ərzində dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Məgər necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin kini, nifrəti, nisgili, ağrısı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı. 2020-ci ilin il bu vaxtları qüdrətli Azərbaycan dövləti öz əzəli-əbədi torpaqlarını işğaldan azad etmək üçün əks-hücum tədbirlərinə başladı. Bəli əks-hücum əməliyyatı, çünki ilk qığılcım bizdən yaranmadı. Məlum olduğu kimi Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə əsasən “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir”. Biz isə öz əzəli-əbədi ulu torpaqlarımız, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımız uğrunda müharibə etdik. Lakin daha əvvəl 30 ilə yaxın müddət ərzində sülh danışıqlarına davam edərək, Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəsləyirdik. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev, ölümündən sonra isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxış etmiş, Dağlıq Qarabağın statusu haqqında dünya birliyinə sülh yolu ilə çağırışlar etmişdir. Lakin bütün danışıqlar əhəmiyyət verməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə elə kağız üzərindəcə qalmış, heç bir nəticə hasil olmamışdır. Nəticə olaraq dəmir yumruğun dadına baxan düşmən hesab edirəm ki, bir daha cürət edib Azərbaycan haqqında hər hansı bir torpaq iddiası irəli sürə bilməz. Ermənistan hakimiyyətinə bir dərs odu bu 44 günlük Vətən müharibəsi.
Bu qələbəni bizlərə bəxş ədən Azərbaycan əsgəri Allah Sizləri qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Eşq olsun Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!
Rüstəm Asim
Xocavənd Rayon Icra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini
Xəbəri paylaş








































0772703001 