Xəbər lenti

Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə Fotolar

Tarix: 23-09-2025 08:20     Baxış: 1 631

Sentyabrın 22-də ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.

Mubarizciler.az ın məlumatına görə, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.

Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.

Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş “Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı” adlı üç əsas mövzunu əhatə edib.



















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar