Eyvaz Hüseynov Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib Fotolar

18 sentyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Mingəçevir şəhərində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, görüşdə icra başçısı ilə yanaşı idarə və təşkilat rəhbərləri, sakinlər iştirak ediblər. Giriş nitqi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı illər uzunu davam edən torpaq həsrətinə son qoyuldu, tarixi ədalət bərpa olundu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tarixi ədaləti güc, birlik, igidlər və şəhidləri hesabına bərpa edərək möhtəşəm qələbəni böyük qürur hissi ilə qeyd etdi. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. Başçı, sentyabr ayının 14-də Prezident İlham Əliyevin Xocavənd rayonun mühüm strateji və coğrafi mövqeyə malik Hadrut və Qırmızı Bazar qəsəbəsinə və Sos kəndinə səfərinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Eyvaz Hüseynov rayon sakinlərinin böyük coşğu və həvəslə öz doğma torpaqlarına qayıdışını tarixi zəfərimizin məntiqi nəticəsi kimi qiymətləndirib. Natiq yaxın günlərdə Xocavənd rayonunun digər yaşayış məntəqələrinə də yeni köçlərin baş tutacağını bildirib.
Daha sonra rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Xəbəri paylaş








































0772703001 