Goranboyda “Azadlığın Nidası-Suverenlik Günü” adlı tədbir keçirilib Fotolar

“Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Goranboy Olimpiya İdman Kompleksinin akt zalında “Azadlığın Nidası-Suverenlik Günü” adlı konfrans keçirildi.
Mubarizciler.az xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, bir qrup şəhid ailələri, qazilər, ictimai fəallar, ziyalılar və ağsaqqallar iştirak etdilər.
Keçirilən tədbir Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilməsini, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, 2025-ci ilin müstəqil Azərbaycan Respublikasınının ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu, eləcə də Vətən müharibəsində Ermənistan ordusu üzərində qazanılan böyük Qələbəmizin 5-ci ildönümünə təsadüf etdiyini qeyd edib. Eyni zamanda, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini vurğulayıb və bununla da Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər ilin sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini bildirib.

Xəbəri paylaş








































0772703001 