Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Suverenliyin bərpası - Antiterror tədbirlərinin tarixinə dair DİN-də toplantı keçirilib Foto

Tarix: 19-09-2025 21:17     Baxış: 756

Daxili İşlər Nazirliyində Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tərbirlərinin 2-ci ildönümünə həsr olunan toplantı keçirilib.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.Məruzəçilər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının antiterror tədbirlərində həyata keçirdikləri əməliyyatlar barədə ətraflı məlumat veriblər. Vurğulanıb ki, Vətən müharibəsində olduğu kimi ondan üç il sonra Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın dövlət suverenliyi bərpa olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar