Xəbər lenti

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edib Fotolar

Tarix: 19-09-2025 16:53     Baxış: 931

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Naftalan şəhərində Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə nazir Ümummilli Lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib. 







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar