Xəbər lenti

Naftalanda III MDB Oyunları ilə bağlı görüş keçirilib Fotolar

Tarix: 18-09-2025 18:03     Baxış: 994

Ölkəmizin ev sahibliyi etdiyi III MDB oyunları ilə bağlı tədbir təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Naftalan İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə  ŞİH başçısı, hüquq-mühafizə orqanlarının, AQTA və DTA-nin regional idarələrinin rəhbərləri, otel və müalicə mərkəzləri və xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

ŞİH-nin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Görüşdə qonaqların yerləşməsi, onlara yüksək xidmətin göstərilməsi ilə bağlı məsələlər  müzakirə olunub. Aidiyyatı üzrə tapşırıqlar verilib. Qeyd edək ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar