Xəbər lenti
15-09-2025, 18:01
 
10-09-2025, 09:44
 

Elçin Kərimov və idarə müdirinin müavini Elmin Məmmədtağıyev Gəncə şəhərində yerləşən bir neçə ümumtəhsil müəssisəsini ziyarət edib Fotolar

Tarix: 17-09-2025 16:30     Baxış: 532

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və idarə müdirinin müavini Elmin Məmmədtağıyev Gəncə şəhərində yerləşən bir neçə ümumtəhsil müəssisəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, İdarə rəhbərliyi əvvəlcə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə tətbiq olunan “Tam orta məktəb" layihəsinin icra vəziyyəti ilə tanış olub. Məktəbdə tədris mühiti, təlim-tərbiyə prosesi, müəllim heyətinin hazırlığı, siniflərin texniki təminatı və layihə çərçivəsində görülmüş işlər barədə məlumat verilib. Görüş zamanı məktəb rəhbərliyi və müəllim kollektivi ilə səmərəli fikir mübadiləsi aparılıb. Daha sonra idarə rəhbərliyi Gəncə şəhər Humanitar və təbiət fənləri təmayüllü liseyin (Gəncə şəhər S.Vurğun adına 41 nömrəli tam orta ümumtəhsil məktəbinin bazasında yaradılan) fəaliyyəti ilə tanış olub. Liseyin təhsil infrastrukturu və şagirdlərin təhsil göstəriciləri nəzərdən keçirilib. Eyni zamanda idarə rəhbərliyinə dərs prosesi, müəllimlərin metodik yanaşmaları və liseyin təhsil nəticələri haqqında ətraflı məlumat verilib. Ziyarət zamanı təhsil müəssisələrində aparılan işlərin qiymətləndirilməsi ilə yanaşı, mövcud ehtiyaclar və inkişaf imkanları da müzakirə olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi müəllimlərə və məktəb kollektivlərinə təşəkkür edib, yeni tədris ilində uğurlar arzulayıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar