Xəbər lenti
10-09-2025, 09:44
 

Xocavəndin İcra başçısı “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib Fotolar

Tarix: 15-09-2025 11:50     Baxış: 238

 15 sentyabr 2025-ci il tarixində Xocavənd rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Mubarızcıler.az xəbər verir ki, “Bilik günü” münasibətilə Salakətin kənd tam orta ümumtəhsil məktəbində keçirilən bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavini Əfsanə Quliyeva, məktəb rəhbərliyi, müəllim və şagird heyəti, valideynlər iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ötən tədris ilinin Xocavənd rayonu üçün uğurlu olduğunu diqqətə çatdıran cənab Başçı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yüksək nəticələr göstərdiyini vurğulayıb. Eyvaz Hüseynov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Daha sonra Eyvaz Hüseynov ötən gün Xocavənd rayonununa qayıdış olduğunu, ilk köçün baş tutduğunu çox böyük sevinclə dilə gətirib, növbəti tədris ilində Xocavəndin işğaldan azad edilmiş, günü-gündən abadlaşan, həyatın başladığı yaşayış məntəqələrində məktəblərin də  fəaliyyətə başlayacağlnı bildirib. 

  Tədbirdə çıxış edən valideynlər, müəllimlər yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllimləri təbrik etmişlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar