Xəbər lenti

Ağstafada 15 sentyabr – Bilik Günü münasibəti ilə müxtəlif tədbirlər keçirilib Fotolar

Tarix: 15-09-2025 11:44     Baxış: 868

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır. Hər il olduğu kimi bu il də ölkəmizin hər yerində yeni tədris ilinin başlanılması böyük sevinc hissi ilə qeyd olunur.  

Mubarızcıler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Vurğun qəsəbə tam orta məktəbində keçirilən Bilik Günü tədbirində iştirak edib, rayonun təhsil işçilərinə, şagird və müəllimlərə təbriklərini çatdırıb.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  RİH başçısı bildirb ki, Ulu Öndər Heydər Əliyevin dərin milli mənafelər üzərindən qurularaq ölkəmizin dayanıqlı inkişafına xidmət edən elm və  təhsil siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli, Vətənə daha layiqli vətəndaş kimi yetişməsinə hesablanıb. 

Digər natiqlər, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon Təhsil sektorunun müdiri Mədəd Zeynalov, 1-ci sinif müəllimi İlhamə Məhərrəmova da çıxışlarında ölkəmizin milli təhsil sisteminə göstərilən yüksək dövlət qayğısından söz açıblar. 

Şagirdlərin ifasında nümayiş etdirilən ədəbi-bədii kompozisiyalar alqışlarla qarşılanıb.

Məktəbə ilk qədəmlərini qoyan birincilərin təhsil alacaqları sinif otaqlarında onlarla görüş keçirilib, xatirə şəkilləri çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar