İcra başçısı Vətən müharibəsi Qazisini ziyarət etdi - FOTO 0
Goranboyda Vətən Müharibəsi qazisi Nəsirov Elmar Elmir oğlu növbəti dəfə evində ziyarət olundu.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, YAŞAT Fondu tərəfindən qardaş Türkiyə Respublikasında müalicəsi başa çataraq vətənə dönən Vətən Müharibəsi qazisi, Borsunlu kənd sakini, Nəsirov Elmar Elmir oğlunu növbəti dəfə evində ziyarət etdi, qazi və ailəsinin sosial qayğıları ilə maraqlandı.
MUBARİZCİLER.AZ xəbər verir ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu -04 iyul 2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılıb və 44 günlük Şanlı Vətən Müharibəsinin iştirakçısı olub. 26 oktyabr 2020-ci ildə Fizuli –Xocavənd istiqamətlərində aparılan ağır döyüş əməliyyatları zamanı yaralanmışdır. Döyüşlərdə göstərdiyi xidmətləri ilə bağlı, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Qazimiz YAŞAT Fondunun xətti ilə, 25 mart 2021-ci il tarixdən Türkiyənin Bursa Fizik Tedavi Xəstəxanasında müalicə almış və 14 dəfə əməliyyat keçirmişdir. Elmar Nəsirov Türkiyədə aparılan müalicəsini bitirərək 05 fevral 2023-cü il tarixdən evinə dönmüşdür.
Xəbəri paylaş