Xəbər lenti

Kəlbəcərdə “27 sentyabr-Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib Fotolar

Tarix: 11-09-2025 18:56     Baxış: 805

27 sentyabr-Anım Günü ilə bağlı “27 sentyabr-Zəfərə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilib.

Mubarızcıler.az xəbər verir ki, Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov, idarə-müəssisə rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman bəyan edir ki, ordu quruculuğu sahəsində qazanılan nəailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdəndir. Ulu Öndərin arzusunu şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımız düşmən işğalından azad edilib. Artıq 5 ildir ki, müstəqil Azərbaycan Zəfər Bayramını qürurla qeyd edir. Zəfərin başlanğıc addımı 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə  cavab olaraq Azərbaycan Ordusunun “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlaması ilə atıldı. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmamlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiri idi. Məhz onların səyi nəticəsində  44 gün ərzində Ermənistan ordusu iflic vəziyyətə düşdü.2023-cü ildə uğurla  həyata keçirilən antiterror əməliyatında isə Ermənistan ordusunun onurğa sütunu qırılaraq tamamilə darmadağın edildi.Nəticə etibarilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini məhv edərək böyük Zəfərə imza atd.

Beşinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd ediləcək.Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən qeyd edilən “27 sentyabr Anım günü” 44 günlük Vətən müharibəsində igidliklə döyüşmüş, ölkəmizin işğala məruz qalmış ərzilərinin azad edilməsi yolunda Şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir. Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov vurğulayıb ki, Azərbaycanda milli ordunun quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan ordusu regionun və dünyanın ən güclü ordularından biridir. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçib və bölgənin ən güclü qüvvəsinə çevrilib. 2020-ci ilin 27 sentyabrda başlanmış yol özünün gözlənilən məntiqi sonluğuna çatmışdı. Bu gün o şərəf yolumuzun başlanmasından beş il ötür. Nə xoş ki, beş ilin tamamında Vətənimiz Azərbaycan özünün suverenliyini də bərpa edib. Qətiyyətlə demək olar ki, “27 sentyabr”ın qarşıya qoyduğu hədəflər tam şəkildə həyata keçirilib. Azərbaycan dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrə¬mancasına döyüşmüş, müqəddəs bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda can¬larını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Hələlik isə onu qətiyyətlə söyləmək olar ki, 27 sentyabr Azərbaycan xalqının öz üzərindəki ləkəni təmizləmək üçün müqəddəs yolçuluğa çıxdığı tarixdir. Bu tarixin yaşanmasında canından keçmiş Vətən övladlarının anılmasında böyük məntiq və misilsiz qədirbilənlik var. Axı 27 sentyabrdan başlanan yolun tarixi mahiyyəti ölçüyə gəlməzdir. Çünki, Azərbaycanın öz torpaqlarına sahiblənməsinin, tam suverenli-yini bərpa etməsinin əsası 27 sentyabr 2020-ci ildən qoyuldu. Sentyabrın 27-si müdrikliyin, səriştənin, dönməzlik və prinsipiallığın zəfərinə doğru yolun başlanğıcıdır. 27 sentyabr tarixi onu da göstərdi ki, Azərbaycan xalqını saymazdan gəlmək cəhdləri mənasızdır. Həm də ona görə ki, 44 günlük müharibənin Zəfərindən sonra bu xalqın malik olduğu dövlət, ümumən, Cənubi Qafqaz regionunda yeni mərhələnin təməlini qoydu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Dahi şəxsiyyətin söylədiyi hər fikir, dilə gətirdiyi hər arzu reallıqla uzlaşır, çin çıxır. 27 sentyabrdan başlanmış yol Vətənimizi doğan Günəşə çevirdi. Elə bir Günəşə ki, dünyanı yenidən işıqlandırmaq əzmini göstərdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar