Xəbər lenti

Gəncədə yüksək bal toplayan məzunlarla görüş keçirilib Fotolar

Tarix: 09-09-2025 21:52     Baxış: 896

2024/2025-ci tədris ilində Gəncə şəhərinin ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.


Mubarızcıler.az xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək bildirib ki, bu uğurlar ilk növbədə şagirdlərin şəxsi zəhmətinin nəticəsidir. YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da məzunları təbrik edərək onların nümunəvi gənclər olduqlarını vurğulayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov 2024/2025-ci tədris ilində əldə olunan uğurlardan danışaraq bildirib ki, Gəncə şəhəri üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1600-dən çox olub. Onun sözlərinə görə, bu göstərici şəhər üzrə məzunların ümumi sayının 55,3 faizini təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə müsbət dinamikanın göstəricisidir. Eyni zamanda Elçin Kərimov qeyd edib ki, bu il Gəncə məktəblərinin 101 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. 

Görüşün sonunda məzunlarla səmimi söhbət aparılıb, onların arzuları və gələcək planları dinlənilib. Tələbə adını qazanan abiturientlərə xatirə şəkli çəkdirilib, hədiyyələr təqdim olunub. Onlar dövlətin gənclərə göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar