Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Şahbuz rayonunda vətəndaşları qəbul edib - FOTO 0
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Şahbuz rayonunda vətəndaşları qəbul edib
MUBARİZCİLER.AZ xəbər verir ki,bu barədə Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Fevralın 24-ü Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev Şahbuz rayon prokurorluğunun inzibati binasında rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası prokurorunun müavini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və şəhidlər xiyabanını ziyarət edib, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad edib.
Qəbulda iştirak edən 35 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Xəbəri paylaş