Xəbər lenti

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib - FOTO 0

Tarix: 24-02-2023 21:41     Baxış: 1 237

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

MUBARİZCİLER.AZ xəbər verir ki, bu barədə Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, fevralın 24-də gənc prokurorluq əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

Ziyarətdə əsas məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin tədqiqi və təbliği olub.

Ekskursiyanın iştirakçılarına Ümummilli Liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub.

Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar