Xəbər lenti
25-07-2026, 19:27
 

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "fəxri əməkdaşı", polkovnik Adil Bağırovun anadan olmasının 99-cu ildönümüdür 0

Tarix: 24-02-2023 21:26     Baxış: 4 446

Bu gün Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından və onun şanlı peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "fəxri əməkdaşı", polkovnik Adil Bağırovun anadan olmasının 99-cu ildönümüdür.

MUBARİZCİLER.AZ xəbər verir ki, Adil müəllim ömrünün sonunadək dövlət təhlükəsizlik orqanlarında xidmət etmiş, 1974-1987-ci illərdə Azərbaycan SSR DTK-nın 26-lar rayon şöbəsinin rəisi, 1987-1989-cu illərdə "İnturist" mehmanxanasının direktoru, 1993-2012-ci illərdə Prezident İqamətgahının rəisi vəzifələrində çalışmışdır.

Adil müəllimin xidmətləri Ulu öndər Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Adil müəllimin əziz xatirəsi bizlərin qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin, ruhu şad olsun.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar