Xəbər lenti

Goranboyun İcra başçısı yüksək nəticə göstərmiş, müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərlə görüşüb Fotolar

Tarix: 11-08-2025 18:31     Baxış: 2 884

Goranboy Rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş, müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərlə görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin  Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 2024-2025-ci tədris ilində Goranboy rayon ümumtəhsil məktəblərində yüksək nəticə göstərmiş, eləcə də ötən tədris ilində müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərlə görüş keçirilib.

 Görüşdə rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev ətraflı çıxış edərək Azərbaycanda təhsilə olan dövlət qayğısını ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturunu gənclərimizin sağlam və vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətindəki məqsədlərini diqqətə çatdıraraq, şagirdlərə gələcək təhsil fəaliyyətlərində uğurlar arzuladı. Tədbirin sonunda yüksək nəticə göstərən, müxtəlif müsabiqə və yarışlarda fərqlənən şagirdlərə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar