Xəbər lenti

Orxan Abbasov səyyar qəbul keçirdib Fotolar

Tarix: 06-08-2025 07:53     Baxış: 861

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.08.2025-ci il tarixdə Qaraqullar və Qaratağlar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Qaraqullar kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Qaraqullar və Qaratağlar kəndlərinin sakinləri iştirak ediblər. İcra başçısı Orxan Abbasov giriş nitqində vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonunda səyyar qəbul və görüşlər vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və operativ həlli məqsədilə mütəmadi təşkil olunur. Hər bir yaşayış məntəqəsində əhalinin gündəlik sosial-məişət məsələlərinin diqqətdə saxlanılması, mövcud problemlərin real mexanizmlərlə həll olunması prioritet vəzifələrdəndir. Qaraqullar və Qaratağlar kəndlərinin infrastruktur, sosial təminat və xidmət sahələri üzrə daha da inkişafı qarşıdakı dövr üçün hədəflər sırasındadır və bu istiqamətdə zəruri tədbirlər görülür. Səyyar qəbul zamanı hər iki kəndin sakinləri tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həll edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzərət qaydasında qeydiyyata götürülüb. Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.08.2025-ci il tarixdə Qaraqullar və Qaratağlar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 05.08.2025-ci il tarixdə Qaraqullar və Qaratağlar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar