Xəbər lenti

Eyvaz Hüseynov Qaradağda vətəndaşların müraciətlərini dinləyib Fotolar

Tarix: 05-08-2025 22:31     Baxış: 273

01 avqust 2025-ci il tarixdə Qaradağ rayonu "Qobu Park" yaşayış massivində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon  sakinləri iştirak etmişdir.

Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışı zamanı bu günün əhəmiyyətinə toxunaraq qeyd etdi ki, 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyini, dövlətçiliyini və mədəniyyətini təcəssüm etdirən mühüm tarixdir. Ana dilimiz əsrlər boyu milli varlığımızı qoruyub saxlamış, bizi bir xalq kimi birləşdirən ən böyük dəyər olmuşdur. Sovet dövründə milli dillərin sıxışdırıldığı çətin illərdə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi nəticəsində Azərbaycan dili qorunmuş, 1978-ci ildə dövlət dili kimi Konstitusiyada təsbit edilmişdir. Müstəqillik illərində bu siyasət davam etdirilmiş, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dilimiz kimi rəsmiləşdirilmiş, 2001-ci ildə isə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması və inkişafı üçün mühüm hüquqi baza yaratmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qəbul edilən dövlət proqramları Azərbaycan dilinin saflığının qorunması, zənginliyinin və tətbiqinin daha da genişlənməsinə xidmət edir. Azərbaycan dili zəngin söz ehtiyatı və ahəngi ilə dünya dilləri içərisində xüsusi mövqeyə malikdir. Bu dili qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dilimizə olan sevgimizin və milli kimliyimizə sadiqliyimizin təntənəsidir. Daha sonra səyyar qəbulda iştirak edən rayon  sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblə. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib. Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar