Xəbər lenti

“Gənc Psixoloqların İNKİŞAF Proqramı” layihəsinə start verilib - FOTO 0

Tarix: 24-02-2023 14:09     Baxış: 1 420

Layihənin əsas məqsədi regionlarda çalışan gənc məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaqla, məktəblilərin fərdi və kollektiv psixoloji vəziyyətinin dəyərləndirilməsi, aparılmış dəyərləndirməyə uyğun olaraq psixoloji işin təşkili, valdeyinlərlə işin təşkili, müəllim – şagird münasibətlərinin psixoloji tənzimlənməsinin həyata keçirilməsi və nəticələrin təhlilinin aparılmasının təmin edilməsidir.

MUBARİZCİLER.AZ xəbər verir ki, Layihə çərçivəsində Məktəb psixoloqlarına, Hüquq və vəzifələri barədə məlumat vermək, Psixodiaqnoztika(diaqnostik qiymətləndirmə) metodlarının öyrədilməsi, İnkluziv Təhsil haqqında geniş informasiya vermək, Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş qaydasının öyrədilməsi, Risk qrupuna aid olan uşaqlarla işin təşkilinin öyrədilməsi Valideynlərlə işin təşkilinin öyrədilməsi, İntihara gətirib çıxaran psixoloji problemləri, davranış pozuntuları, qorxuları və digər psixoloiji problemləri olan uşaqlarla işin təşkilinin öyrədilməsi. Mövcud psixoloji problemlərin aşkarlanması metodlarının öyrədilməsi, aşkarlanmış problemlərin həlli istiqamətində müəllim kollektivi, valideynlər və digər şagirdlərlə işin təşkilinin öyrədilməsi reallaşacaq.Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalib layihələrindən biridir. Layihənin icra müddəti: 13-14 fevral 2023-cü il tarixidir.Layihə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Goranboy Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin (@goranboy_gencler_evi )təşkilati dəstəyi ilə həyata keçirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar