Xəbər lenti

Goranboyda, “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda kənd təsərrüfatı müşavirəsi keçirildi - FOTO 0

Tarix: 24-02-2023 10:51     Baxış: 1 523

Goranboyda, “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda kənd təsərrüfatı müşavirəsi keçirildi.

MUBARİZCİLER.AZ  xəbər verir ki, Goranboy RİH-nin inzibati binasının akt zalında, İcra başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafael Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Melorasiya  və Su Təsərrüfatı ASC-nin, “MKT İstehsalat Kommersiya” MMC-nin  və “Azərpambıq ASK” MMC-nin məsul vəzifəli şəxsləri, rayonda fəaliyyət göstərən aidiyyəti xidmət sahələrinin,  pambıq qəbulu və tədarükü məntəqələrinin rəhbərləri  və bir qrup  istehsalçıların birgə iştirakı ilə  “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti”,  həmçinin taxılçılıq, tütünçülük, barama və digər kənd təsərrüfatı məhsullarının əkin sahələrinin genişləndirilməsi və bu sahələrdə mövcud problemlərin həlli ilə bağlı kənd təsərrüfatı müşavirəsi  keçirildi. Müşavirədə, Goranboy rayonunda  ötən məhsul ili ilə müqayisədə pambıq əkini sahələrinin əsas  azalma səbəbinin suvarma suyu çatışmazlığı ilə bağlı yaranan mövcud vəziyyətlə əlaqədar olduğu diqqətə çatdırıldı. Ümumilikdə, kənd təsərrüfatının inkişafı və bu istiqamətdə mövcud problemlərin aradan qaldırılnması ilə bağlı, geniş müzakirələr aparıldı,  bir qrup kənd təsərrüfatı istehsalçılarının problem və təklifləri dinlənildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar