Naftalanda Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib Fotolar
Hesabat yığıncağında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar palatasının sədri, professor Vahid Novruzov, Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, ŞİH başçısının müavini Arzu Məmmədov, Naftalan şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və Şuranın üzvləri iştirak edib.
Mubarizciler.az xəbər verir ki, əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yığıncaqda Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ŞİH başçısının müavini çıxış edərək ağsaqqalların ölkəmizin ictimai və mədəni həyatında mühüm rol oynadığını, yaşlı nəslin nümayəndələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb, gənclərin mənəvi tərbiyəsində, milli dəyərlərə bağlı, vətənpərvərlik ruhunda və sağlam həyat tərzi əsasında yetişməsində ağsaqqalların nüfuzlu mövqeyinin əvəzolunmaz olduğunu bildirib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, dövlətimizin inkişafında ağsaqqalların və ziyalıların mühüm rol oynadığını vurğulayaraq şəhər Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərini Şuranın fəal və məqsədyönlü fəaliyyətinin göstəricisi kimi qiymətləndirib.
Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək cəmiyyətin müxtəlif sahələrində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Tədbirdə həmçinin Şəhər Ağsaqqallar Şurasına yeni üzv seçilib.
Şuranın üzvləri Hatəm Qocayev, Elsivar Qəmbərov, Rəna Dəmirova, Səməd Həsənov, Vidadi Quliyev Respublikamızda həyata keçirilən ictimai-sosial proseslərdə bundan sonra da fəal iştirak edəcəklərini vurğulayıb, həmçinin Dövlətimiz tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək, ölkə başçısı cənab İlham Əliyevə göstərilən dəstəyə görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş



