Xəbər lenti

Goranboyda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib Fotolar

Tarix: 26-06-2025 12:46     Baxış: 427

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  Goranboy rayon təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin birgə  təşkilatçılığı ilə  Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Tədbirdən öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirələri ehtiramla yad edilib.

Tədbir, YAP Goranboy rayon təşkilatının inzibati binasında davam etdirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Daha sonra 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP)  Goranboy rayon təşkilatının sədri Samir Qocayev  çıxış edərək tədbir iştirakçılarını, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, bu tarixin dövlətçiliyimizin formalaşmasında və milli həmrəyliyimizin möhkəmlənməsindəki rolunu vurğulayıb. YAP  rayon təşkilatının sədri qeyd edib ki, 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli ordu qurulub və bu ənənə bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müasir və güclü Azərbaycan Ordusunun timsalında davam etdirilir. Dövlətimizin hərbi gücü gündən-günə artır, ordumuz ən müasir texnika ilə təchiz olunur, əsgərlərimiz yüksək hazırlıq səviyyəsində vətənə xidmət edir. Samir Qocayev çıxışı zamanı Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqdan və əldə etdiyi parlaq Zəfərdən bəhs edərək  bildirib ki, bu Qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etməklə yanaşı, xalqımızın qürur mənbəyinə çevrilib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tarixə qızıl hərflərlə yazılan bir qəhrəmanlıq dastanı yaratdı. Xalq-iqtidar-ordu birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunaraq tarixi ədalət bərpa edildi. Bu zəfərin memarları Azərbaycan əsgəri, zabiti və şəhidlərimiz oldu. Biz bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayırıq. Dövlətimiz tərəfindən hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yüksək peşəkarlığın təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığını qeyd edib, onların hər zaman cəmiyyətin ən hörmətli təbəqəsi olaraq xüsusi ehtiramla anıldığını bildirib. Tədbirdə çıxış edən digər natiqlər Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Valeh Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin  giziri Gündüz Məmmədov, Millət vəkilinin köməkçisi Gündüz Hacıyev və Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılması  və inkişaf etdirilməsi  Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olduğunu bildirdilər. Qeyd etdilər ki, bu gün Ali Baş Komandan,  prezident cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermişdir.

Çıxış edənlər bir daha ölkə rəhbəri, Müzəffər Ali baş Komandan İlham Əliyevə Silahlı Qüvvələrin formalaşdırılması və inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu tədbirin Azərbaycan xalqının ordusuna olan sevgisini, dövlətinə və Konstitusiyasına sadiqliyini bir daha nümayiş etdirdiyini xüsusi vurğuladılar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar