Daşkəsəndə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub Fotolar
Daşkəsən rayonunda 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub.
Mubarizciler.az xəbər verir ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayon prokuroru Şahin İmanov, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polkovnik Məhəmməd Əhmədbəyli, SHXÇDX-nin rayon bölməsinin rəisi, polkovnik- leytenant Ramin Məmmədov, N saylı hərbi hissənin komandiri, polkovnik- leytenant Bayram Hüseynov Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri düzüblər, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad ediblər. Sonra hərbçilərin, şəhid ailələri üzvlərinin, müharibə veteranları və qazilərin iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarlarına gül dəstələri düzülüb, dualar oxunub. Eyni zamanda, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanında ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə gül dəstəsi qoyub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə başda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. Orxan Abbasov həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən, Azərbaycan Ordusunun gücündən və peşəkarlığından söz açıb. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğunu vurğulayıb. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün və sabitliyin təminatçısına çevrilib.
Tədbirdə icra başçısı Orxan Abbasov şəhid ailələri, müharibə əlilləri, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Xəbəri paylaş



