Xəbər lenti

Ağstafada “Qərbi Azərbaycan-Qədim Yurd” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 25-06-2025 19:17     Baxış: 938

Tədbir Ağstafa Rayon İcra Hakimiyyəti və “Dialoq və İnkişaf Naminə” İctimai birliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə RİH başçısı aparatının inzibati binasında keçirilib. Mubarizciler.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himnin səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Seymur Orucov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqlarına əzəli və əbədi dədə-baba yurduna qayıtmaq niyyətində qətiyyətlidir. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkəmizin rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır. “Dialoq və İnkişaf Naminə” İctimai birliyinin sədri Çingiz Bayramov, idarə heyətinin üzvü Anar Əsədov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsmalıyev və Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdış milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar