Xəbər lenti

Naftalanda “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 24-06-2025 22:40     Baxış: 616

Naftalan ŞİH-nin təşkilatçılığı ilə 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə “Naftalan şəhərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

ŞİH başçısının müavini, komissiyanın sədri Arzu Məmmədov çıxış edərək Narkomaniyanın insan sağlamlığına, həyat keyfiyyətinə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi mənfi təsirlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu təhlükəli problemin doğurduğu fəsadlara qarşı mübarizə bu gün daha da aktuallaşıb və bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. 

Şəhər Polis Şöbəsinin əməkdaşı Naftalan şəhərində narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd edib ki, narkotik vasitələrin yayılmasının qarşısının alınması və bu zərərli vərdişə qarşı ictimai rəyi formalaşdırmaq məqsədilə xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirici görüşlər, seminarlar, təbliğat kampaniyaları və sosial layihələr həyata keçirilir. 

Digər çıxış edənlər vurğulayıblar ki, müasir dövrdə narkomaniya qlobal miqyas alaraq sərhəd tanımayan təhlükəli bir problemə çevrilib. Bu problemin qarşısının alınmasında maarifləndirmə işlərinin xüsusi rol oynadığı qeyd edilib, əhali – xüsusilə gənclər arasında davamlı və məqsədyönlü təbliğatın aparılmasının vacibliyi vurğulanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar