Goranboyda Şuranın iclası keçirilib Fotolar
Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın, “2025-ci ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə” iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın keçirilən növbəti iclıasında, Şura üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr və bir qrup rayon fəalları iştirak etdilər. İclasdan öncə, İcra başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirildi. İclasda çıxış edən icra başçısı Məhərrəm Quliyev xüsusi ilə vurğuladı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza 23 iyun 2025-ci il tarixli səfəri, Səfər zamanı Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yerləşən “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılış mərasimində iştirakı növbəti əlamətdar hadisədir. Bu, cənab İlham Əliyevin Prezident kimi rayonumuza 9-cu, o cümlədən son 6 ildə 3-cü səfəri olmaqla, rayonumuzun sosial-iqtisadi və ictimai-siyasi həyatında mühim əhəmiyyət kəsb edir. Sonra Şurada, “2025-ci ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə” geniş müzakirələr aparıldı. Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə növbəti hesabat dövrü üçün İş və Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə İcra Başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən dövlət qulluqçularını təbrik etdi. Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə, rayon İcra Hakimiyyətinin və rayonun xidmət sahələrinin bir qrup əməkdaşlarına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərman və Təşəkkürnamələri təqdim olundu.
Xəbəri paylaş



