Xəbər lenti

Gəncədə 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub Fotolar

Tarix: 24-06-2025 13:25     Baxış: 1 533

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin struktur bölmələrində çalışan bir qrup Dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə və 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə təltif olunub.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

Təhsil idarəsinin müdiri Elçin Kərimov çıxış edərək dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs edib. O, bu sahədə görülən tədbirlərin və yeniliklərin idarəetmənin səmərəliliyini artırdığını, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etdiyini vurğulayıb.

Çıxışının sonunda Elçin Kərimov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə və 23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə idarənin struktur bölmələrində çalışan bir qrup dövlət qulluqçusu Fəxri Fərmanla təltif olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar