Xəbər lenti

Anar Məmmədov Tərtərdə vətəndaşları qəbul edib Fotolar

Tarix: 23-06-2025 11:32     Baxış: 1 911

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunda YAP Tərtər rayon təşkilatının inzibati binasında növbəti dəfə vətəndaşları qəbul edib.

Mubarizciler.az xəbər verir ki, qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısının müavini, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib. 

Anar Məmmədov vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Qəbul zamanı vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müraciət olunacağı bildirilib.

Sonda qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar