Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Naftalanda təhsil işçiləri ilə görüş keçirilib Fotolar

Tarix: 22-06-2025 13:50     Baxış: 5 187

Təhsilə Həsr Olunmuş Ömürlərə Dərin Ehtiramımızı Bildirdik.

Mubarizciler.az xəbər verir ki,  İ. Nəsimi adına Naftalan şəhər tam orta məktəbdə əmək fəaliyyətinin yaş həddinə çatmış dəyərli əməkdaşlarla görüş keçirilib.

Onların uzun illər ərzində göstərdikləri pedaqoji fəaliyyətə və fədakar əməyə görə kollektiv adından təşəkkür ifadə olundu. Adıgözəlova Sevil, Elmira Səlimova , Ulduzə Qədimova  və  Zülfimar Nuriyeva  müəllimələr öz səmərəli xidmətləri ilə yüzlərlə şagirdin həyatına bilik və dəyər qatmışlar. Onlar təkcə dərs deyən deyil, həm də şəxsiyyət yetişdirən ziyalılar olmuşlar. Tədris etdikləri illər ərzində həm pedaqoji ustalıq, həm də mənəvi nümunə nümayiş etdirmişlər. Məktəb həyatına vurduqları möhür illər keçsə də unudulmayacaq. Onların zəhməti, sədaqəti və məktəbə bağlılığı gənc müəllimlər üçün örnəkdir. Tədbirdə onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olundu. Bu görüş hər bir müəllim üçün layiqli fəaliyyətin qiymətləndirilməsinin bariz nümunəsi oldu.

Dəyərli müəllimlərimizə sağlam ömür və xoşbəxtlik dolu günlər arzulayırıq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar