Xəbər lenti
25-07-2026, 19:27
 

Xocalı soyqırım abidəsi ziyarət edildi - FOTO 0

Tarix: 23-02-2023 15:33     Baxış: 2 594

Goranboy rayon S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbin tədbirlər planına uyğun olaraq  məktəbin direktoru Fuad Zamanov,UBR-i Dilbər Məmmədova,II a sinfinin rəhbəri Azya Əliyeva və həmin sinfin şagirdləri Goranboy şəhərində Xocalıdan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət etdi.

Daha sonra qəsəbədə məskunlaşmış,soyqırım zamanı həyat yoldaşını və üç körpə uşağını itirmiş Xocalı sakini Quliyev Qaryağdı Soltan oğlu ilə görüş keçirildi.

  Qaryağdı kişi hadisələrin canlı şahidi kimi geniş məlumat verdi.Şagirdləri maraqlandıran sualları cavablandırdı.

 Görüşdə çıxış edən məktəbin direktoru Fuad Zamanov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş qətliam, vandalizm olduğunu bildirib və bu hadisəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib.

   Sonra şagirdlərin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi–bədii kompozisiya nümayiş olunub.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar