İcra başçısı və deputat Qazi ailəsini ziyarət edib Foto
Tərtərdə qazi Niyazi Qurbanovun ailəsi ziyarət edilib.
Mubarizciler.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər rayonunun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsinin qazisi Qurbanov Niyazi Əlövsət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar. Qurbanov Niyazi Əlövsət oğlu Qaradağlı kəndində yaşayır, birinci dərəcəli Birinci Qarabağ müharbəsi əlilidir, dövlət tərəfindən mənzil və avtomobillə təmin olunub. Qurbanov Niyazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş



