Xəbər lenti

İlham Əliyev UFC-nin prezidentini qəbul etdi Fotolar

Tarix: 20-06-2025 18:25     Baxış: 1 134

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayıb və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxunub, onun davamlı olacağına ümidvarlığını bildirib və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açılıb, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulanıb, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunulub.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olunub, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirilib.












Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar