Xəbər lenti

Daşkəsəndə səyyar qəbul keçirilib Fotolar

Tarix: 19-06-2025 15:32     Baxış: 385

 Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 18.06.2025-ci il tarixdə Zəylik və Quytul kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Zəylik kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Zəylik və Quytul kəndlərinin sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər, imzaladığı fərman və sərəncamlar, sosial layihələr bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılmasına - əmək haqlarının, müavinətlərin, təqaüdlərin, yardımların artırılmasına, normal həyat şəraitinin təmin edilməsinə yönəlmişdir. Prezident cənab İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin artırılması ilə bağlı 12 iyun 2025-ci il tarixdə Fərman imzalamışdır. Fərman Prezident cənab İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan 5-ci sosial islahat paketinin tərkib hissəsidir və 3 milyon vətəndaşı əhatə edir. Hər il dövlət büdcəsindən sosial xərclərə maliyyə vəsaitlərinin artırılması, şəhid ailələrinə, müharibə əlillərinə, sosial cəhətdən həssas vətəndaşlara göstərilən qayğı, onların mənzillərlə, minik avtomobilləri ilə təmin edilməsi bu vəzifənin daim diqqət mərkəzində olduğunu göstərir. Əlilliyə, ailə başçısını itirməyə, qəyyumluğa, çoxuşaqlığa, uşağın anadan olmasına, fəxri adlara və sairə görə təqaüdlərin məbləğinin xeyli artırılması ölkə əhalisi tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Minlərlə insanı əhatə edəcək bu fərman ölkə vətəndaşına qayğıkeş münasibətin, hörmət və ehtiramın nümunəsi olmaqla bərabər, həm də dayanıqlı və inkişafda olan iqtisadiyyatımızın göstəricisidir. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhalinin həyat şəraiti yaxşılaşır və insanlarımız  dövlətimiz  və onun rəhbəri ətrafında daha sıx birləşərək yeni uğurlara imza atırlar.

Qəbulda həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verilib, xidmətin əlçatanlıq və üstünlükləri diqqətə çatdırılıb və ehtiyac yarandığı halda https://rih.gov.az/ platformasından istifadə etmələri sakinlərə tövsiyə olunub.

Sonra sakinlərin müraciətləri dinlənilib. İcra başçısı Orxan Abbasov müraciətlərə dair müvafiq qurumlara tapşırıq və tövsiyələrini verib. Bəzi müraciətlərin icrası yerində təmin edilib. Əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə çatdırılması üçün nəzarət qaydasında   qeydiyyata götürülüb.

Qəbulda iştirak edən sakinlər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar