Xəbər lenti

Xankəndi şəhərində “Sağlamlığa doğru qaç” adlı layihənin final yarışı keçirilib Fotolar

Tarix: 19-06-2025 15:20     Baxış: 1 022

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, TƏBİB-in, Atletika Federasiyası və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı layihənin final yarışı keçirilib.

Mubarizciler.az ın məlumatına görə, sağlam həyat tərzinə, idmanla məşğul olmağa çağıran bu layihədə yüzlərlə insan iştirak edib.

Natiqlər diqqətə çatdırıblar ki, 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində bölgələrdə yeni səhiyyə ocaqları inşa edilir. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Həmçinin TƏBİB tərəfindən Şuşa modul tipli xəstəxanada, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzlərində, o cümlədən Xankəndi şəhərində yerləşən tibb müəssisəsində əhaliyə icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir.

Qeyd edək ki, Tibb İşçilərinin Peşə Bayramı Günündə Xankəndi şəhərinin Zəfər meydanından start götürən yarış şəhərin girişində başa çatıb.

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərovun da iştirak etdiyi tədbirdə yürüş qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Səhiyyə Nazirliyi tərəfindən mükafatlandırılıb.

Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihənin əsas məqsədi fiziki sağlamlığın təşviqi, asudə vaxtın səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar