Xəbər lenti

Gəncədə sertifikatlaşdırma prosesinə start verilir Fotolar

Tarix: 18-06-2025 11:04     Baxış: 1 925

18 iyun tarixindən etibarən dövlət ümumi təhsil  müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.

Mubarizciler.az xəbər verir ki, sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Qeyd edək ki, sertifikasiya prosesində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1682 nəfər müəllim iştirak edəcək. 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak edən müəllimlərə imtahan prosesindən əvvəl uğurlar arzulayıb, onlara öz bilik və bacarıqları ilə yüksək nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Qeyd edək ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması prosedurunu tənzimləməkdən ibarətdir.

Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar