Xəbər lenti

Baş prokuror Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb Fotolar

Tarix: 17-06-2025 21:06     Baxış: 518

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Mubarizciler.az Baş prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonağı salamlayan Baş prokuror Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə yüksəldiyini bildirib.

Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək,  bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar