Elçin Kərimov məzunları təbrik edib Foto

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov məzunları təbrik edib.
Mubarizciler.az təbriki olduğu kimi təqdim edir.
Əziz məzunlar!
Bu gün sizin həyatınızda əlamətdar bir gündür – orta məktəb həyatınızın başa çatdığı, yeni bir mərhələyə qədəm qoyduğunuz vida günüdür.
Geridə qoyduğunuz 11 il yalnız bilik və təhsil qazanmaqla deyil, eyni zamanda unudulmaz xatirələrlə, sevincli anlarla, dostluq bağları və mənəvi dəyərlərlə zəngin illər oldu. Bu illər sizi formalaşdırdı, gələcəyin uğurlu vətəndaşı olma yolunda möhkəm təməl yaratdı.
Sizi bu şərəfli yolda böyük zəhmət və fədakarlıqla yetişdirən bütün müəllimlərinizə sonsuz təşəkkür edirik. Bu gündən etibarən isə siz həyatın daha mürəkkəb, lakin bir o qədər də maraqlı bir mərhələsinə qədəm qoyursunuz. İnanıram ki, seçəcəyiniz peşədən, tutacağınız yoldan asılı olmayaraq, siz hər biriniz Vətənimizə layiqli bir şəxsiyyət kimi yetişəcək, doğma məktəbinizin və sizi yetişdirən müəllimlərin adını daim uca tutacaqsınız.
Sizə – əziz məzunlar – arzularınızın zirvəsinə doğru əmin addımlarla irəliləməyi, uğur, sağlamlıq və xoşbəxtlik dolu bir ömür yolu arzulayıram.
Məzun gününüz mübarək olsun!

Xəbəri paylaş








































0772703001 