Xəbər lenti

Xocavəndin İcra başçısı şəhid ailələri ilə görüş keçirdib Fotolar

Tarix: 13-06-2025 18:38     Baxış: 2 702

Xocavənd Rayon İcra Hakimiyyətində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələri ilə görüş keçirildi. 

Mubarizciler.az xəbər verir ki, 13 iyun 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Qəbələ rayonunundan olan Şəhid ailələri ilə görüş keçirildi.

İlk olaraq Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüş iştirakçılarını salamlayan icra başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Eyvaz Hüseynov çıxışında qeyd elədi ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması uğrunda canından keçən hərbi qulluqçularımızın xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, hər zaman vacib məsələlərdən birincisidir. Görüşdə iştirak edən şəhid valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşdülər. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.  

Sonda Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan və Xocavənd uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn Vətən oğullarından bəhs "Vətən Sizə Minnətdardır" kitabı şəhid ailələrinə  təqdim edildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar