Xəbər lenti

Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü Fotolar

Tarix: 13-06-2025 18:31     Baxış: 987

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze ölkəmizə rəsmi səfərə gəlib.

Mubarizciler.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Gela Geladze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Vilayət Eyvazov Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. 

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar